Almaniya millisində şok itki

00:22 - 12 Noyabr 2013

Kloze sıradan çıxıb
 
Almaniya millisinin və "Latsio" klubunun hücumçusu Miroslav Kloze zədələnərək sıradan çıxıb.
 
Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu İtaliya A Seriyasının sonuncu turunda "Parma" ilə oyunda zədələnib.
Çiynindən xəsarət alan təcrübəli futbolçunun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Klozenin Almaniyanın keçirəcəyi yoldaşlıq görüşlərində də forma geyinə bilməyəcəyi deyilir. 

Xəbər xətti