"Napoli"nin futbolçusu: "Bizi "Yuventus"a uduzdurdular"

01:14 - 12 Noyabr 2013

"Hesab oyunu əks etdirmədi"
 
“Napoli”nin futbolçusu Qonsalo İquain dünən “Yuventus”a uduzduqları (0:3) oyun haqda fikirlərini bölüşüb. 
 
Sportal.az xəbər verir ki, argentinalı hücumçu hakimlikdən gileylənib: “Dünən pis oyun göstərmədik. Sadəcə, hakimlər bizi “Yuventus”a uduzdurdular. Əvvəlcə rəqibin ofsayddan vurduğu qolu hesaba aldılar. Sonra isə cərimə meydançasında mənə qarşı kobudluq olunsa da, referi penaltimizi vermədi. Matça baxanlar da gördülər ki, hesab oyunu əks etdirmədi”. 

Xəbər xətti