Milliyə yenidən dəvət alan futbolçu:"Əsas heyətdə yer almağım özümdən asılıdır"

13:55 - 12 Noyabr 2013

"Milliyə dəvət almağımı gözləyirdim"
 
"Bu gün yenidən milli komandaya dəvət aldım. Onsuzda ehtiyyat oyunçular arasında adım var idi, mən də çox sevincliyəm yenidən forma geyinəcəm. Əvvəllər oynamışdım, yenidən dəvət alacağıma inanırdım"
 
Bu sözləri milli komandaya yenidən dəvət alan futbolçu Sportal.az-a açıqlamasında bildirib. Təcrübəli futbolçu əsas heyətdə yer almağının da özündən asılı olduğunu da dilə gətirib:
 
"Bu iki oyunda forma geyinməyim özümdən asılıdır. Belə ki, məşqlərdə özümü ən yaxşı tərəfdən göstərməliyəm".

Xəbər xətti