"Rəvan" yoldaşlıq görüşü keçirəcək

15:02 - 12 Noyabr 2013

Hələ rəqib bəlli deyil
 
"Rəvan” Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Sumqayıt"la qarşılaşdıqdan sonra komandanın üzvlərinə 4 günlük istirahət verilib. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Şahin Diniyevin qərarına və planına əsasən komanda ayın 13-də bir araya gələcək.
 
Məşqləri bərpa etdikdən sonra isə futbolçular ardıcıl 4 gün Mərdəkandakı "Dalğa Arena”da çalışacaq. Məşqlər gündə 2 dəfə olmaqla keçiriləcək. Səhərlər baş tutacaq hazırlıq prosesi fiziki, axşam məşqləri isə taktiki-texniki yöndə olacaq.
 
Komanda milli komandaların oyunları ilə əlaqədar olaraq yaranmış fasilədən maksimum istifadə edərək yoldaşlıq görüşü də keçirmək niyyətindədir. Oyun noyabrın 17-nə planlaşdırır. Amma hələ rəqibin kimliyinə aydınlıq gəlməyib. Noyabrın 19-dan etibarən isə komanda sırf "Qarabağ”la oyunun hazırlıqlarına başlayacaq.
 
Qeyd edək ki, "Qarabağ” – "Rəvan” oyunu noyabrın 24-də keçiriləcək.

Xəbər xətti