"Əsas məqsədim qol vurmaq deyil" MÜSAHİBƏ

20:20 - 12 Noyabr 2013

Vaqif Cavadov:"Bu haqda çox müzakirələr gedir"
 
Milli komandamızın futbolçusu Vaqif Cavadov yığmanın bu gün keçirilən açıq məşqindən öncə jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Artıq ilin son iki oyununa çıxacaqsınız..
- Mövsüm davam edir. Bizim bu il son 2 oyunumuzdur. Hazırlıqlar davam edir. İstəyirik ki, millidə ili yaxşı əhval-ruhiyyədə başa vuraq. Şimali İrlandiya və Rusiya ilə görüşlərdə pis nəticə qazanmadıq. Bu dəfə yoldaşlıq oyunlarına çıxsaq da, inanıram ki, qələbələrlə evə dönəcəyik.

- Berti Foqtsun AFFA ilə müqaviləsinin müddəti başa çatır. Alman mütəxəssisin komandada qalmasının tərəfdarısınız?
- Bu haqda çox müzakirələr gedir. Foqtsun qalıb-qalmasını biz futbolçular müəyyənləşdirmirik. Əlbəttə ki, başqa əcnəbi məşqçinin gəlməsindənsə, onun qalması daha yaxşı olar. Yekun qərarı AFFA rəhbərliyi verəcək. İnanıram ki, bu yöndə düzgün qərar qəbul olunacaq. Əminəm ki, kim milliyə baş məşqçi təyin olunsa, Azərbaycan futbolunun inkişafı üçün çalışacaq. Biz futbolçular da bunu istəyirik ki, ən düzgün seçim aparılsın.

- Millimizin sonuncu qolunun müəllifisiniz. Qarşıdakı görüşlərdə də fərqlənməkniyyətiniz var?
- Əsas məqsədim bu deyil. Əsas hədəfim yaxşı oyun göstərmək və beləcə qələbə qazanmaqdır. Mən və bütün uşaqlar bunu istəyir.

- Estoniya öz meydanında güclü rəqibləri büdrədə bilir. Yəqin ki, onlara qarşı əks-hücum taktikası seçəcəksiniz...
- Hansı taktika ilə çıxış edəcəyimizi bilmirəm. Çünki bu, oyundan bir gün öncə bilinəcək. Baxmayaraq ki, Estoniya millisi seçmə mərhələdə zəif çıxış etdi, ancaq deyə bilərəm ki, bu, yaxşı komandadır. Mübarizə aparmağı sevən kollektivdir.

Xəbər xətti