"Arsenal"ın qapıçısı məşqdə zədələndi

22:16 - 12 Noyabr 2013

Qolkiper dabanından zədələnib

 
“Arsenal”ın qapıçısı Voyçex Şesnı sıradan çıxıb.
 
Sportal.az xəbər verir ki, polşalı qolkiper məşq zamanı zədə alıb. Dabanından zədələnən Şesnı məşqi yarımçıq saxlamaq məcburiyyətində qalıb. 23 yaşlı çərçivə qoruyucusunun konkret nə vaxt sıraya dönəcəyi dəqiq bilinmir. Həkimlər Şesnının vəziyyətinə təkrar tibbi müayinədən sonra aydınlıq gələcəyini deyiblər.
 

Xəbər xətti