"Qalatasaray" daha bir futbolçu ilə danışıqlara başlayıb

18:37 - 13 Noyabr 2013

Droqbanın köhnə komanda yoldaşı Türkiyəyə gələ bilər
 
“Çelsi”nin mərkəz müdafiəçisi Con Terri karyerasını Türkiyədə davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki,  tərcübəli kapitan “Qalatasaray”ın maraq dairəsindədir. “Cim-bom”un baş məşqçisi Roberto Mançini qış fasiləsində ilk hədəflərinin məhz Terrini almaq olduğunu bildirib. Futbolçunun özünün də “Çelsi”dən ayrılmaq istəməsi bu keçidin ehtimalını daha da artırır. Artıq klublar arasında danışıqlara start verilib. London klubu da müqaviləsi yaya qədər olan kapitanını ucuz qiymətə satmağın əleyhinə deyil. Təbii ki, əgər müdafiəçi özü qışda getmək istəsə. 

Xəbər xətti