"Neftçi"nin kapitanından son xəbər

02:01 - 14 Noyabr 2013

Sadiqov "İnter"lə oyuna yetişəcək
 
Xəbər verdiyimiz kimi,  Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.
 
Sportal.az xəbər verir ki, zədəli olduğu üçün "Neftçi"nin kapitanı Rəşad Sadiqov heyətdən çıxarılıb.
 
Belə ki, Sadiqovun dabanından xəsarət aldığı xəbər verilir. Futbolçu bu üzdən millimizin qarşıdakı oyunlarında forma geyə bilməyəcək.
 
Lakin Sadiqovun Premyer Liqanın 14-cü turunun "İnter"lə paytaxt derbisinə qədər sıraya dönməsi gözlənilir.

Xəbər xətti