"Qarabağ"da yeni futbolçular

12:46 - 15 Noyabr 2013

Aşağı yaş qruplarından futbolçular da əsas komandanın hazırlığına cəlb edilib
 
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə futbolçularına 4 gün istirahətdən sonra “Qarabağ” məşqlərə başlayıb.
 
Sportal.az xəbər verir ki, millidə olan futbolçuların xidmətlərindən yararlana bilməyən komanda məşqlərini tam heyətlə keçə bilmir. Bunun üçün də aşağı yaş qruplarından futbolçular da əsas komandanın hazırlığına cəlb edilib.
 
Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın 14-cü turunda “Rəvan”ı qəbul edəcək.  Matç noyabrın 24-də keçiriləcək.

Xəbər xətti