"Biz də son oyunlarımızda azarkeşlərimizi sevindirə bilmişik"

18:24 - 15 Noyabr 2013

Sadiqov:"Çox istərdim ki, Estoniya yığması ilə oyunda millimizə kömək edim"
 
“Neftçi”-nın kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına danışıb.
 
Sportal.az xəbər verir ki,kapitan bunları dilə gətirib.
 
“Çox istərdim ki, Estoniya yığması ilə oyunda millimizə kömək edim. Amma zədə səbəbindən vaxtından əvvəl milli komandanın düşərgəsindən ayrılmalı oldum. Müalicəmi davam etdirirəm. Bərpa prosesini keçdikdən sonra “Neftçi”də hazırlığa başlayacağam. Estonia ilə oyun rəsmi olmasa da, qarşılaşmanın nəticəsi yığma komandaların reytinq cədvəlinə təsir göstərəcək. Rəqibimiz yetərincə ciddidir və öz meydanında qələbə qazanmağa çalışacaq. Buna baxmayaraq biz də son oyunlarımızda azarkeşlərimizi sevindirə bilmişik və bunun davamını gətirməliyik. İnanıram ki, yığmamız ağır səfər matçında qələbə qazanaraq azarkeşlərin ümidlərini doğruldacaq”.

Xəbər xətti