Gənclərimiz Makedoniyadan xalsız qayıtdılar

22:29 - 15 Noyabr 2013

Millimiz minimal fərqlə məğlub olub
 
Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələsində növbəti oyunlar keçirilib.
 
Sportal.az xəbər verir ki, 8-ci qrupda yer alan Azərbaycanın U-21 yığması da 5-ci matçına çıxıb.
 
Bernard Lippertin komandası səfərdə Makedoniya yığması ilə qarşılaşıb. Bu oyun öncəsi 4 xalla 3-cü olan yığmamız növbəti qələbəsini qazanacağı halda qrup ikincisi ola bilərdi. Lakin təəssüf ki, ikinci yarıda buraxdığı qol komandamız üçün məğlubiyyət bahasına başa gəlib.
 
Maraq üçün xatırladaq ki, U-21 yığmamız bu seçmə mərhələdəki ilk matçını Bakıda məhz Makedoniyaya qarşı keçirmişdi və qolsuz heç-heçəyə razılaşmışdı.
 
Qeyd edək ki, bu gün 8-ci qrup çərçivəsində İsrail də Norveçi qəbul edib. Meydan sahibləri 4:1 hesablı qələbəyə seviniblər.
 
AÇ-2015-in seçmə mərhələsi
8-ci qrup
15 noyabr
 
Makedoniya - Azərbaycan - 1:0 (0:0)
Qol: Velkovki, 69 (1:0)
Baş hakim: Petr Ardeleanu (Çexiya).
Skopye. "National Arena Filip II Macedonia".

Xəbər xətti