Foqts futbolçulardan razı qalmadı

23:10 - 15 Noyabr 2013

"Belə oyunlar bizə çox lazımdır"
 
“Estoniya millisini qələbə münasibətilə təbrik edirəm. Görünür qələbə istəkləri daha çox idi”.
 
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyi.
 
Almaniyalı mütəxəssis Talllinndə Estoniya yığması ilə keçirilən qarşılaşma haqda fikirlərini açıqlayıb. Foqts 1:2 hesablı məğlubiyyətin səbəblərinə toxunub: “İki səhvimizdən sonra iki qol buraxdıq. Belə oyunlar bizə çox lazımdır. Nəzərə almalıyıq ki. rəqibin futbolçuları başqa çempionatlarda oynayır. Oyundan razə qala bilmərəm”. 
 
apasport.az

Xəbər xətti