Pirlo qərarını açıqladı

01:03 - 16 Noyabr 2013

"Beşiktaş" istəyinə çata bilmədi

 

“Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlo gələcəyi ilə bağlı son qərarını verib. “Beşiktaş”ın israrla heyətində görmək istədiyi təcrübəli futbolçu “Yuventus” rəhbərliyinin ikinci təklifini qəbul edib.

Sportal.az xəbər verir ki, yəni Pirlo “qoca sinyora”da qalmağı qərara alıb. O, Turin təmsilçisi ilə anlaşmasını 2016-cı ilə qədər uzadıb. Pirlonun illik məvacibi isə 3,5 milyon avro təşkil edəcək. 

Xəbər xətti