"Qəbələ"nin heyətində yeni futbolçu

01:18 - 16 Noyabr 2013

Yarımmüdafiəçi Azərbaycan U-19 komandasının üzvüdür

Premyer Liqanın XIV turu çərçivəsində doğma meydançada baş tutacaq "Qəbələ"-AZAL oyununun hazırlıqlarını davam etdirən "qırmızı-qaralar"ın düşərgəsinə yeni futbolçu qatılıb.

Sportal.az xəbər verir ki, bu "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının heyətində top qovan Şamil Camalədinnovdur. Ampluaca yarımmüdafiəçi olan Şamil 1995-ci il mayın 1-də anadan olub. Yarımmüdafiəçi Azərbaycan U-19 komandasının üzvüdür. 

Xəbər xətti