Sergen Yalçın özünə yeni komanda tapdı

12:43 - 16 Noyabr 2013

"Qaziantepspor"un yeni baş məşqçisinin adı məlum oldu
 
Türkiyənin superliqa təmsilçisi "Qaziantepspor"un yeni baş məşqçisi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, klub rəhbərliyi bu vəzifəyə ölkə futbolunun canlı əfsanələrindən olan Sərgən Yalçını gətirib.
Bu barədə açıqlama verən klubun nümayəndəsi Mustafa Kızıl baş məşqçi ilə 1 il yarımlıq müqavilə imzaladıqlarını bildirib.
41 yaşlı mütəxəssisin köməkçiləri Tamer Tuna, Murat şahin və Stefano Morreno olacaq.
Qeyd edək ki, S.Yalçın bundan əvvəl məşqçi olaraq “Beşiktaş”ın aşağı yaş qrupları üzrə komandalarında çalışıb.

Xəbər xətti