"Rəvan" yoxlama oyununda qələbə qazandı

16:52 - 17 Noyabr 2013

"Sarı-qırmızılar" hazırlıqlarını davam etdirir
 
Yığmaların oyunları ilə əlaqədar  Premyer Liqada yaranmış fasilədən istifadə edən "Rəvan” bu gün yoxlama oyunu keçirdi.
 
Sportal.az xəbər verir ki, əsas komanda əvəzedicilərlə qarşılaşdı. Hər biri 25 dəqiqədən ibarət 3 hissəlik görüşdə əsas komanda 2:0 hesabı ilə qələbə qazandı. Qolları Xuan Manuel Varea və Elnur Abdulov vurdu. Qeyd edək ki, bu oyunda əsas komandada zədəli futbolçulardan – Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa, hamı forma geymək şansı qazandı.
Onu da əlavə edək ki, sabah istarahət edəcək futbolçular ayın 19-dan "Qarabağ”la matçın hazırlıqlarına başlayacaq. Premyer Liqanın 14-cü turu çərçivəsində keçiriləcək "Qarabağ” – "Rəvan” matçının noyabrın 24-ü saat 17:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda başlayacağını da bildirək.

Xəbər xətti