MOİK rəsmiləri Anar Salmanovla mübahisə etdilər
Azərbaycan I divizionunda X turun oyunları yekunlaşdı. Tur çərçivəsində reallaşan MOİK - "Araz - Naxçıvan" matçının son dəqiqələrində qalmaqallı hal yaşanıb.
Sportal.az xəbər verir ki, oyunu idarə edən baş hakim Anar Salmanov qarşılaşmaya əlavə olunan dəqiqələrdə MOİK-in qapısına penalti təyin edib. Nəticədə "Araz- Naxçıvan" klubu vurduğu qolla qalib gəlib. Oyun bitən kimi isə MOİK tərəfi Anar Salmanovun idarəçiliyinə etiraz etməyə başlayıb.Bundan əlavə, MOİK -də administrator kimi çalışan bir şəxs isə matçdan sonra Salmanovun üzərinə hücum çəkib. Baş hakim isə buna qarşılıq verərək həmin şəxsin üzərinə gedib. Amma çox keçməyib ki aranı sakitləşdirmək mümkün olub.