Mançini "Qalatasaray"da yarpaq tökümünə start verdi

13:20 - 18 Noyabr 2013

Komanda 5 futbolçunu komandadan göndərir
 
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırır.
 
Sportal.az xəbər verir ki, legioner limiti səbəbindən “Qalatasaray” Albert Riera ilə müqaviləni vaxtından əvvəl başa vuracaq. 
 
Roberto Mançininin gəlişindən sonra əsas heyətdə yerini itirən Nordin Amrabat isə icarəyə veriləcək.
 
İtalyan mütəxəssisin etimadını doğrultmayan Yekta Kurtuluş, Engin Baytar və Yiğit Gökoğlanın da komandadan uzaqlaşdırılcağı qətiləşib. 
 
Klubun səlahiyyətlisi Lutfi Arıboğan mətbuata açıqlamasında komandadan göndəriləcək futbolçuların adlarının konkretləşdiyini bildirib. 

Xəbər xətti