"Qol vursam, oğluma hədiyyə edəcəm" MÜSAHİBƏ

15:25 - 18 Noyabr 2013

Reynaldo:"Biz meydanda qələbə üçün nə lazımdırsa, onu da edəcəyik"
 
"Qarabağ"ın brazliyalı ulduzu Reynaldo dos Santosun Sportal.az-a müsahibəsi:
 
- Premyer Liqada son oyununuzu AZAL-a qarşı keçirmişdiniz...
- Bizim üçün çox ağır oyun olmuşdu. Çünki rəqib bizi yaxşı təhlil edib, adam-adama mübarizə aparırdı. Bu oyunda qələbəyə köklənmişdik, ancaq alınmadı. Artıq irəlidəki oyunlara baxmaq lazımdır.
 
- İlk dövrədə də ilk xal itkisini AZAL-dan almışdınız və bundan sonra komandada eniş getdi. Bu dəfə də bu hal təkrarlanacaq?
- İnanmıram. Komandada eniş hər an ola bilər. Ancaq ilk dövrədəki hala mən eniş demərəm, çünki komanda yaxşı oyun göstərirdi, ancaq əlimizə düşən fürsətləri dəyərləndirə bilmirdik.
 
- Komandada hazırlıqlar necə gedir?
- Mütəmadi olaraq məşqlərimizi edirik. Çempionatda yaranmış fasilə bizə çox kömək edəcək. Komanda fiziki cəhətdən daha yaxşı olacaq.
 
- Bu həftə “Rəvan”la qarşılaşacaqsınız..
- Bizi çətin oyun gözləyir, çempionatda bizim üçün artıq heç bir oyun asan deyil. Biz də xal itirmək istəmirik.
 
- “Rəvan”la matçda komandada  itkilər var. Bu sizə pis təsir etməyəcəkki?
- Düzdür, əsas müdafiəçilərimiz Rəşad Sadıqov və Admir Teli zədəli, Almeyda isə cəzalı durumdadır. Ancaq komanda üç futbolçudan ibarət deyil. Biz meydanda qələbə üçün nə lazımdırsa, onu da edəcəyik.
 
- Bir az keçmişə qayıtsaq, “Qəbələ” ilə matda Elnur Allahverdiyevlə aranda qalmaqal baş vermişdi. Səbəb nə idi?
- Bu haqda elə də çox danışmaq istəmirəm. Sadəcə hakim elə epizodlarda daha diqqətli olmalıdır. Başqa heç bir problem yox idi.
 
- Artıq bir övlad atasısan. Ancaq hələ də ona hədiyyə olaraq bir qol vura bilməmisən..
- AZAL-la oyunda da çox çalışdım qol vurum, amma alınmadı. “Rəvan”la oyunda qol vursam, oğluma hədiyyə edəcəm.
 
Yusif HÜSEYN

Xəbər xətti