"Neftçi" beşdə beş etdi

18:00 - 18 Noyabr 2013

"Ağ-qaralar" qol da buraxmır
 
AFFA-nın müxtəlif yaş qrupları arasında təşkil etdiyi yarışlarda növbəti turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, “Neftçi” PFK-nı təmsil edən yaş qruplarından ibarət komandalarından dördü də turu qələbə ilə başa vurub. Nəticələri təqdim edirik:
 
 
U-11 Liqası: “Neftçi” – “Əlincə” 4:0
Qollar: Rəvan Nağıyev (2), Zaur Allahverdiyev, Nəsir Ağalarov
 
Atena U-12 Liqası: “Neftçi” – “Bakı kəndləri” 11:0
Qollar: Musa Qurbanov (5), Murad Abdullayev (2), Malik Nadirov, Ağa Ağayev, Kənan Məmmədli, İmaməli Ağamalıyev.
 
Coca Cola U-13 Liqası: “Neftçi” – “Bakı” 1:0
Qol: Ramin Nəsirli.
 
U-14 Liqası: “Neftçi” – “Qızıl əlcək” 7:0
Qollar: Hüseyn Hüseynzadə (2), Seymur Əliyev, Elton Əlibəyli, Elmin Əhmədli, Xəzər Mahmudov, Vüsal Mustafayev.
 
U-17 Liqası: “Neftçi” – “Kəpəz” 6:0
Qollar: Ramiz Quliyev (2), Əli Şirinov, Kənan Mirzəliyev, Sərxan Əhmədli, Kamil Aslanov.
Qeyd edək ki, “Neftçi”nin yetirmələrindən Musa Qurbanov Atena U-12 Liqasının, Hüseyn Hüseynzadə isə U-14 Liqasının bombardiridir. Hazırda hər iki futbolçunun aktivində 12 qol var.

Xəbər xətti