Həmyerlimiz həvəskar komandaya qarşı fərqləndi

18:25 - 18 Noyabr 2013

Fərid Quliyevdən daha bir qol
 
Həmyerlimiz Fərid Quliyevin şərəfini qoruduğu Türkiyənin "Kahramanmaraşspor" klubu dünən yoxlama matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, millilərin görüşü səbəbiylə yaranan fasilədən yararlanan Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Türkoğlu Bələdiyyəspor"la qüvvəsini sınayıb.
 
Yoldaşlıq görüşündə "Kahramanmaraşspor" rəqib qapısından 5 cavabsız top keçirib. Bu qollardan birinə isə azərbaycanlı futbolçu imza atıb. Uzun müddətdi ki, heyətdə özünə yer tapa bilməyən Quliyev bu qarşılaşmadan sonra yenidən çempionat oyunlarında forma şansı tapa bilər.

Xəbər xətti