"Arsenal" növbəti türk futbolçunu heyətinə qatır

00:40 - 21 Noyabr 2013

Arda Turan İngiltərə yolçusu
 
"Arsenal" klubu türkiyəli futbolçu ilə yaxından maraqlanır.
 
Sportal.az xəbər verir ki, London təmsilçisi Ardanın transferi üçün 30 milyon avrosundan keçməyə hazırdır. 26 yaşlı futbolçunun daha öncə Premyer Liqada oynamaq istəyi ilə bağlı verdiyi açıqlaması da "Arsenal"ın işinə yarayır. Lakin Madrid klubu Ardanı satmaq niyyətində deyil. Futbolçunun müqaviləsindəki təzminat qiyməti 41 milyon avro olaraq göstərilir. "Arsenal" Arda üçün bu qədər məbləğ ödəyəcəyi isə inandırıcı görünmür.
 
Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray" klubundan "Atletiko"ya transfer edilmişdi.   

Xəbər xətti