"Xəzər Lənkəran"ın iki futbolçusu millimizdə

16:27 - 21 Noyabr 2013

Yığma komandamızın heyəti açıqlandı
 
19 yaşadək futbolçulardan ibarət milli komandamızın heyəti açıqlanıb. Noyabrın 25-dən etibarən Bakıda keçiriləcək seleksiya xarakterli təlim-məşq toplanışına 34 futbolçu çağırılıb.
 
Sportal.az xəbərverir ki, yığmanın almaniyalı çalışdırıcısı Nikolay Adam hazırlıqlara ölkə xaricində çıxış edən 5 futbolçu çağırıb. Millimiz noyabrın 29-dək hazırlıq keçəcək.
Toplanışda Ağaseyid Qasımov, Elvin Nəsibov (hər ikisi “Qarabağ”), Ravil Məhəmmədov, Fəhmin Muradbəyli, Pərviz Qaraxanov, Aqşin Qurbanlı, Elməddin Məmmədov (hamısı “Neftçi”), Yusup Xakimov, Təyyar Məmmədov, Şamo Həsənov, Mahir Mədətov, Renat Ağaverdiyev (hamısı “Bakı”), Elnur Süleymanov, Mənsur Nahavəndi, Bilal Qəmbərov, Ülvi İbazadə (hamısı “İnter”), Ehtiram Şahverdiyev, İbrahim Aslanlı, Qismət Əliyev, Bəhlul Mustafazadə, Emin Zamanov, Yusif Nəbiyev (hamısı “Qəbələ”), Süleyman Piriyev, Fərid Kərimzadə (hər ikisi “Sumqayıt”), Elnur Cəfərov, İlyas Səfərzadə (hər ikisi “Xəzər Lənkəran”), Əfsər Məmmədov, Kamran Həsənzadə (hər ikisi “Lokomotiv”), Budaq Nəsirov (“İstanbul BB”, Türkiyə), Mirkamil Həşimli (“Fənərbaxça”, Türkiyə), Şahban Cəbrayılov (“Anjı”, Rusiya), Mehman Behbudov (“Smena”, Rusiya), Kama Benhur (“Darmştadt”, Almaniya), Müslim Zararsız (klubsuz) iştirak edəcək.

Xəbər xətti