"İşlə qardaşlığı səhv salmamaqla onlarla gözəl münasibət qururam" MÜSAHİBƏ

17:47 - 21 Noyabr 2013

Etibar Tanrıverdiyev: "Həyatda Kamran Ağayev böyük-kiçik yeri bilən insandır"
 
- "Sumqayıt"da işlərin necə gedir?
- Yeni baza istifadəyə veriləndən sonra işlərimiz bir qədər də asanlaşdı. Bizim komandada işlər peşəkarcasına qurulub. Hər kəs ayrı-ayrılıqda görəcəyi işi bilir. Kənardan məşqçilərin işinə müdaxilə oluna bilməz. Rəhbərlik də xüsusi ilə də bunun tərəfdarıdı. Müəyyən problemlər yarananda rəhbərlik bunu aradan qaldıra bilir. İnanıram ki, "Sumqayıt"ın gələcəyi bundan da yaxşı olacaq. Biz də məşqçilər korpusu əlimizdən gələni edirik ki, bizə olunan etimadı doğruldaq. Bu işin öhdəsindən nə dərəcədə gəldiyimiz isə kənardan baxanlar qiymət verər.
 
- Bildiyimizə görə "Sumqayıt"lın büdcəsi o qədər də yüksək deyil. Hardasa bu maddiyyaat komandanın irəli getməsinə mane olur?
- Düzdü, maliyyəmiz o qədər də güclü olmasa da kiçik büdcə ilə komanda formalaşdırmaq mümkündür. Bunu "Sumqayıt"ın timsalında görmək olur. Ən azından aşağı büdcə ilə indiki halda yeni komanda, yeni kollektiv formalaşıb.Bizim komandanın əsasını indiki halda gənc futbolçular təşkil edir. Bu dəqiqə onları pul deyil, oyun maraqlandırmalıdır. Gənc futbolçu da oyundan oyuna öz perspektivini göstərir. "Sumqayıt"ın qeyr-stabil oynunu futbolçuların gənc olmasına bağlayıram. Onlar da yavaş-yavaş təcrübə yığacaqlar. Fikir versəniz komanda iki oyun əla oynayır  və bu,  ardıcıl uğursuzluqla nəticələnir. Bu təcrübəsizlikdən irəli gəlir. Sirr deyil ki, bizim futbolda peşəkarlıq aşağı səviyyədədir. Bizim futbolda 3 amil: psixoloji durum, hazırlıq və oyuna köklənmək çatmır. Biz məşqçilər korpusu da bunun üzərində çalışırıq.
 
- Komandanın uğurlu və uğursuz çıxışına baş məşqçi cavab verir. Adətən də baş məşqçilər üzə çıxır. Lakin belə bir deyim var qapıçı komandanın yarısıdı. Niyə qapıçılarla işləyən məşqçi kölgədə qalır?
-  Bunun səbəbi Azərbaycanda formalaşan bir fikirdir. Bu yaxınlarda mən Moldovada UEFA-nın təşkil etdiyi seminarda iştirak etdim. Həmin seminarda dünyaca səviyyəli Pate Boner,Frans Huk kimi mütəxəssislər dərs verirdi. Onlar da bu mövzuda mülahizələr yürütdülər. Yəni qapıçılarla işləyən məşqçilərin işi göz qabağında olmur və yüksək qiymətləndirilmir. Onlar belə fikir yürütdülər ki, necə etmək lazımdır ki, klublarda və mili komandalarda qapıçılarla işləyəm məşqiçilərin nüfüzu artsın. Onlar da belə dedilər ki, qpıçılarla işləyən məşqçiləri ön planda olmurlar. Ümumilikdə isə mən belə düşünmürəm. Fiziki hazırlıq üzrə fizioteropefti kənara qoysaq baş məşqçi ilə qapıçılarla işləyən məşqçilər arasında bir tandem olmalıdır. Mənim də amalım odur ki, qapçılarla işləyən məşqçilərin işinə qiymət verilsin. Yəni heç vaxt qapıçı məşqçisi kölgədə qalmasın. Demək olar ki, qapıçı məşqçiləri də komandanın baş məşqçisi kimi eyni səviyədə çalışır. Belə baxanda baş məşqçi qapıçıları deyil, komandanı oyuna hazırlayır. Qapıçılarla isə qapıçı məşqçiləri çalışır. Mənə elə gəlir ki, qapıçı məşqçisi də komandanın yarısı deməkdir. Komanda əla oynasa belə qapıçının uğursuz çıxışı komandasını məğlubiyyətə apara bilər. Qapıçı oyuna texniki, fiziki, taktiki və psixoloji cəhətdən hazır olarsa, oyunda daha inamlı durur.  Buna görə də qapıçılar komandanın daxilində bir komanda hesab edilir. Qapıçılarla işləyən məşqçilərin işi üzdə olmalıdır. Çünki onları da oyunlara hazırlayan məşqçilərin zəhməti var. Hər zaman futbolçular deyirlər ki, bizim araxada güvəndiyimiz, inandığımız qapıçımız olmasa, hücumda inamsız çıxış edərik.
 
- Qapçılar adətən bir az aqressiv olurlar. Bu sizə mane olmur ki?
- Qapıçıların da özlərinə xas xarakterləri var. Hər bir məşqçinin də öz iş üslubu və metodikası var.Qapıçı o qədər zərbələrin qarşısını alır ki, bir az psixoloji sarsıntı keçirirlər. İndiki vaxtda qapıçı futbolda sonuncu müdafiəçi rolunu oynayır. İndiki zamanda qapıçılar görüdüyü iş artıb. Ən əsas qapıçılarda psixoloji yorğunluq olur. Mən qapıçılarla işləməkdən zövq alıram. Onu bilin ki, qapıçılar həmişə özlərinə inan insanlar olurlar. Futbolçulardan fərqli olaraq qapıçılar sadə olurlar. Qorxaq insandan qapıçı olmaz. O da hər adama nəsib olmur. "Sumqayıt" klubunda millinin üzvü Anar Nəzirov və gələcəyi parlaq olan Tərlan Əhmədli də Olmipya yığmamıza namizədlərdən biri olacaq. Ümid edirəm ki, o da millidə yer alacaq. Elçin Sadıqov da yaxşı qapıçıdır. Bu 3 qapıçı ilə də işləmək mənə zövq verir.Ümumiyyətlə mən işlədiyim qapıçılarla öncə münasibət qurmağa çalışıram. İşlə qardaşlığı səhv salmamaqla yanaşı onlarla gözəl münasibət qururam. Millidə də işləyən dövrlərdə qapıçıları analiz edirdim. Yəni kimə necə yanaşmaq lazımdır. Bir məşqçi kimi qapıçıları idarə etməyi bacarmalısan. 
 
 - "Sumqayıt"da tez-tez qapıçı dəyişkliyi olur. Bu, sizin işinizi çətinə salmır? 
- Bunun tez-tez baş verməsi yaxşı hal deyil. Səlahət Ağayev "İnter"də ehtiyyatda otururdu. Bizə gələndən sonra mövsümü əsas heyətdə keçirtdi və oyun praktikası qazandı. Bu irəliləyiş də Ağayevin milliyə dəvət olunmasına şərait yaratdı.  Komandaya yeni qapıçı dəvət edəndə, çalışıram ki, düz addım atım. Klub rəhbərliyi birbaşa mənə deyib ki, qapıçılardan sən cavabdehsən. Maliyyəsi aşağı olan bir kluba yaxşı qapıçı cəlb etmək bir az çətin məsələdir. Mən də perspektivi olan qapıçılara müraciət edirəm. Anar Nəzirov özünü yaxşı tərəfdən göstərir. Haradasa bizə gələn qapıçıların oyun praktikası olmur. Onlarla işləmək çətin olsa da bacardığım köməkliyi onlara edirəm. İşimin öhdəsindən nə qədər gəldiyimiz isə komandanın rəhbərliyi və azarkeşlər deyə bilər.Andrey Popoviç, Səlahət Ağayevlə müqayisədə Anar Nəzirov daha tez adaptasiya oldu. Bunun səəbəi isə Nəzirov öz üzərində işləyən qapıçıdır. Get-gedə də artırır. 
 
- Çılğın Kamran Ağayevlə millidə necə çalışmısan?
- Əsas millidən əvvəl  17 və 21 yaşlı komandada Bernard Lippertlə birgə çalışmışam. Qapıçılıarla işləyən məşqçilərin baş məşqçisi Uli Ştaynın köməkçisi olmuşam. Mən orada yardımçı məşqçi idim. Əsas millidə cavabdehliyi mən daşımırdım. Ancaq Kamran Ağayevə gəldikdə isə o, klubsuz olan vaxtı "Sumqayıt"da məşq edirdi.  Kamran bir qapıçı kimi məşqlərdə özünü yaxşı tərəfdən göstərirdi. Onun beynəlxalq səviyyəli oyunlarda yaxşı dayanmasında az da olsa mənim də əməyim var. Kamran bir insan kimi yaxşı və səmimi oğlandı. Kamran kənardan çılğın görünə bilər.  Ümumiyyətlə futbolçu da qapıçını bir lider kimi qəbul etməlidir. Meydanda qapıçını futbolçular eşitməyəndə müdafiədə pis hadisələr cərəyan edil bilər. Həyatda Kamran Ağayev böyük-kiçik yeri bilən insandır. Mənim onunla heç bir problemim olmayıb. O bizim fəxrimizdi. Mən onun daha irəli getməsini arzulayıram.
 
- Bəs məşqlərdə necə Kamran Ağayev verilən tapçırıqları yerinə yetirə bilir yoxsa, tənbəldir?
- Mən onunla işləməkdən zövq almışam. Çünki yüksək texnikaya malikdir. Kamran texnikalı qapıçıdı. İşlədiyim bütün qapıçılarla rahat işləmişəm. Hamısını yaxşı tanıyıram. Bəzən onları yormuşam. Bəzən sərbəstlik vermişəm. 
 
- Azərbaycanda bütün parametrləri gözə gətirəndə Kamran Ağayevi bir nömrəli qapıçı saymaq olar?
- Şərksiz Kamran bir nömrədi. Hətda mən hesab edirəm ki, Kamran Ağayev sovet məkanın da ən yaxşı qapıçılarından birincisidir. Kamran Ağayev təkcə "Bakı"da yox avropada rahat qapını qoruyar. 
 
- Bəzi ölkələrdə limit qoyulub ki, bu ölkədə ancaq yerli qapıçılar yetişməlidi. Elə olur ki, qapıçı zədələnə bilər onun yerinə alternativ axtarılsın...
- Mən hesab edirəm ki, belə şeylər qapıçıların ixtiyarında olan məsələdir. Mən çox sevinərdim ki, hər bir klubumuzda yerli qapıçımız olsun.  Bu mənim şəxsi fikrimdi. 
 
- Alman məşqçilərlə işləmək sizə nə verdi?
- İlk öncə deyim ki, mən U-17-də Bernard Lippertlə çalışmışam. Bu insan yüksək insani keyfiyyətlərə malikdir. Məşq prosessləri çox zövqvericidi. Onun futbolçularla fərdi ünsiyyətdə olması müsbət haldır. Həmçinin də biz onunla U-21 millisində də çalışmışıq. Bu insanı tanıdığım üçün çox şadam. Suala gəldikdə isə Bernard Lippert Azərbaycana ən önəmlisi isə UEFA lisenziyalı kursların təşkilatçısıdır. Bu da bəzi yetişməsində böyük rol  oynayır.
 
- Ölkəmizdə qapıçılarla işləyən məşqçilərin savadı var, oxuyurlar?
- Heç bir yaxşı məşqçi  öz proqramını başqa məşqçiyə verməz. Elə məşqçilər  heç vaxt öz fikirlərini internetdə  yerləşdirməz. Qapıçı hər zaman öz üzərində işləməlidi. İnfişafın özəyi daima öz üzərində işləmək və ünsiyyətdə olmaqdır. Mən AFFA-da işləyəndə sağ olsunlar onlar məni başqa-başqa ölkələri ayrı-ayrı seminarlara göndərirdilr. Biz də müəyən proqramları öyrənirdik.  İnkişafın ən birinci özəyi gedib görmək, öz üzərində işləməkdir. Moldovada çox səmərəli bir seminarda oldum. Bu yaxınlarda yenə olacaq. Olsa, çox şad olaram. Məşqçilərin belı seminarda iştirakı vacibdir. Bu onun dahada savadlanmasını, bütün keyfiyyətlərini artırmalıdır. Ünsiyyət çox vacib amildir. Fikir mübadiləsi çox yaxşı haldır. İnkişafın yolu ünsiyyətdən keçir. Mən bilmirəm hansı klub məşqçilərini göndəri, amma göndərsələr çox yaxşı olar. Klublarda qapıçılarla işləyən məçilərin potensialını artırmaq çox müsbət haldır.
 
- Azərbaycanda sırf qapıçı məktəbinin, akademiyasının yaranmasına ehtiyac var?
- Var.  Bu sırf qapıçılara aid olsa yaxşıdır. Deyək ki, "Bakı"nın, "Qəbələ"nin, "Qarabağ"ın öz akademiyası var. Bu bir az çətin prosesdir. Heç bir klub öz qapıçısını başqa akadmiyada təhsil almağa göndərməz. Çünki deyər ki, mənim öz qapıçım da var, şəraitim də, məşqçim də. Bu klubun nəzdnində olsa yaxşı lar. Akademiyanın özündə sırf qapıçı kursu olsa, daha yaxşı olar. Səviyəni qaldırmaq üçün akademiyaların yaranması vacibdı. Biz avropanın güclü yığmalarına qarşı oynayanda, o dəqiqə fərq hiss olunur. Futbolçular da öz üzərilərində işləməlidirlər. Material futbolçudur, usta da məşqçidir. Bunların ikisinin vəhdət təşkil  etməsi üçün materiallar yaxşı olmalıdır. 
 
Şahin OĞUZ

Xəbər xətti