Millimiz rəqibləri müəyyənləşdi

23:00 - 21 Noyabr 2013

Nikolay Adamın ilk sınağı kimə qarşı olacaq?
 
 
Valentin Qtanatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin püşkü atılıb.
 
Sportal.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək ənənəvi turnirdə çıxış edəcək 16 komanda 4 qrupa bölünüb.
 
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası C qrupunda yer alıb. Almaniyalı mütəxəssis Nikolay Adamın başçılıq etdiyi komandamız Yaponiya. Çexiya və Yunanıstanla mübarizə aparacaq.
 
2014-cü il yanvarın 3-dən 12-dək keçiriləcək turnirdə 15 ölkənin millisi və Sankt-Peterburq yığması mübarizə aparacaq.
 
A: Belarus, İran, Slovakiya, Finlandiya.
B: Sloveniya, Estoniya, Rusiya, Moldava
C: Yaponiya, Çexiya, Yunanıstan, Azərbaycan.
D: Ukrayna, Türkiyə, Sankt-Peterburq, Latviya.

Xəbər xətti