Bakı klubu futbolçusu ilə yollarını rəsmən ayırdı

00:03 - 22 Noyabr 2013

Kastro Azərbaycana dönməyəcək
 
Premyer Liqada növbəti ayrılıq baş tutub.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Rəvan" isveçli futbolçusu Sebastiyan Kastro Tello ilə yollarını rəsmən ayırıb. Belə ki,n tərəflər arasında müqavilə qarşılıqlı olaraq ləğv edilib.
Qeyd edək ki, futbolçu bir ay öncə vətəninə yollansa da, hələ də qayıtmamışdı və onun komandadan ayrılmağı qışda gözlənilirdi, lakin bu daha tez baş tutdu.

Xəbər xətti