"Ronaldo bu mükafatı qazanmasa, təəccüblənərəm" VİDEO

11:36 - 22 Noyabr 2013

İker Kasilyas: "Bəzi insanlar səslərini futbolçuların oyun stilinə görə verir, bəzisi neçə kubok qazandığına baxır"
 
"Real"ın və İspaniya millisinin kapitanı İker Kasilyas "Qızıl top" mükafatı üçün kimə səs verdiyini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, bir reklam firmasının təqdimat mərasimində çəxəş edən  təcrübəli qolkiper səsini komanda yoldaşı Kriştiano Ronaldoya verdiyini deyib:
 
"Səsvermə uzadılmadan öncə səsimi verdim. Kriştiano çox yaxşı bir mövsüm keçirdi. Əgər bu mükafatı qazanmasa, təəccüblənərəm".
 
 Bəzi insanlar səslərini futbolçuların oyun stilinə görə verir, bəzisi neçə kubok qazandığına baxır. Amma 80 matçda 90 qol vuran bir oyunçu ən yaxşı olmalıdır"
 


 

Xəbər xətti