"Sumqayıt" "Simurq"a məğlub oldu YENİLƏNİB

18:56 - 22 Noyabr 2013

Turun mərkəzi qarşılaşması paytaxtda keçiriləcək
 
Bu gün Azərbaycan Premyer Liqasında 14-cü turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
 
Günün ən maraqlı oyunu "Bakı"nın bazasında keçiriləcək. Pantiçin rəhbərlik etdiyi "Bakı" Toşakın başçılıq etdiyi "Xəzər Lənkəran"ı qəbul edəcək.
 
Yuri Syominin komandası "Qəbələ" öz meydanında AZAL-la qarşılaşacaq. Günün son qarşılaşmasında isə "Sumqayıt" və "Simurq" komandaları üz-üzə gələcək.
 
 
Azərbaycan Premyer Liqası, XIV tur
 
22 noyabr (cümə)
 
14:00. “Bakı” – “Xəzər Lənkəran”3:0 (Oyun başa çatıb)
Qolar: Cavid Hüseynov, 63, Ristoviç,68, Kalonas, 81  
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
14:20. “Qəbələ” – AZAL1:0 (Oyun başa çatdı)
Qol: Da Silva, 72,
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
Qəbələ şəhər stadionu.
 
17:00. “Sumqayıt” – “Simurq”0:1(Oyun başa çatıb)
Qol: Stepan Polyak, 42
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.

Xəbər xətti