"Şəmkir" "Energetik"i darmadağın etdi

17:04 - 22 Noyabr 2013

Mingeçevir təmsilçisi 0:4 hsabı ilə məğlub oldu
 
Futbol üzrə Azərbaycan I Divizionunda 11-ci tura start verilib. 
 
Sportal.az xəbər verir ki, turun açılış oyununda “Şəmkir” doğma meydanda “Energetik”i fərqli hesabla məğlub edib – 4:0. 
 
Ev sahibi komandanın heyətində Emin Pənahov, Seyhun Əliyev (d.13), Ramil Allahverdiyev (d.69) və İlkin Rzayev (d.76) fərqləniblər.
 
Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.

Xəbər xətti