"Oyunu idarə edən Rəhim Həsənova demək istəyirəm ki ..."

17:13 - 23 Noyabr 2013

Nazim Süleymanov: "Futbol güləş meydanı deyil"

 

"Birinci hissə zəif oynadıq və bunun da bəhrəsini gördük. İkinci hissəyə isə pis başlamadıq."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Nazim Süleymanov deyib. Süleymanov futbolçularını diqqətsizlikdə günahlandırdı:

 

"Komandamdan narazı qaldım. Bəzi futbolçuların diqqətsizliyindən qollar buraxdıq.Burada mənim də səhvim var. Komandam bu gün yıxıldı, ama ayağa qalxmaq lazımdır. Futbol güləş meydanı deyil. Burada bəzən fərdi, bəzən də komanda oyunu göstərmək lazımdı. Oyunu idarə edən hakimə demək istəyirəm ki, hakim gərək bir tərəfli yox, iki tərəfli  olsun."

 

Xəbər xətti