"Komandanın hazırki durumu sırf maddi problemlərlə bağlıdır" MÜSAHİBƏ

00:52 - 24 Noyabr 2013

Saşa Yunisoğlu:"Arif komandadan ayrılmayacaq"
 
"Dənizlispor"da legioner həyatı yaşayan futbolçumuz Saşa Yunisoğlunun Sportal.az-a müsahbəsi
 
- "Dənizlispor"da işlərin necə gedir?
-  Hər şey qaydasındadır. Bildiyiniz kimi, "Dənizlispor"da maddi baxımından böyük problemlər var. Klubun borclari var ,həm futbolçulara ,həm də vergilərə. Buna görə də bizim bütün rəhbərlik və məşqçilər korpusu bir ay oncə istefa verdilər .Komandaya yen prezdent seçildi, inanırıq hər şey yoluna düşəcək.
 
- Azərbaycan çempionatı  və Türkiyə I Liqa arasındakı fərq çoxdur?
- Premyer liqa və PTT1 belə də çox fərqlənmir, amma az da olsa, fərq var. PTT  məncə daha güclüdür və daha maraqlıdır.İlk olaraq onu deyim ki, burada yerlilərə daha çox güvənirlər və  komandalargüc baxımından demek olarki eyni səviyədədir,burada qələbə qazanmaq üçün meydanda oynamaqdan başqa vuruşmaq da lazımdırFanatlar cok aktivdir,Hər oyunda minimum stadionun 60-70%-i dolur. Çox istəyərdim, Azərbaycanda da belə olsun.
 
- Uzun müddətdir ki, millidən kənar qalmısan. Yenidən mlliyə çağrılacağına inanırsan ?
-  Mən də digər futbolçular üçün milliyə dəvət gzləyirəm, amma Foqts məni niyə çağırmır? bilmirəm. Bu sualı ona versəniz daha yaxşı olar. O, hər dəfə deyir ki, bizdə başqa ölkədə legioner həyatı yaşayan futbolçu yoxdur, ancaq mən legioner həyatı yaşayıram, amma məni çağırmər. Bəlkə də baş məşqçi mənim iki il öncə Avstriya ilə matçda aldığım qırmızı vərəqəni hələ də bağışlaya bilmir. Foqtsun məni milliyə çağırmamağı mənə qaranlıq qalır. Artıq inanmıram ki, milliyə yenidən dəvət alım.
 
- Millimiz son oyunda Qırğızıstan kimi zəif komanda ilə bərabərə qaldı. Bu oyun haqqında fikirlərin nədir?
-  Bu oyunu izləmək üçün səhər məşqindən icazə almışdım, təəssüflər olsun ki, millimizin oyununu heç bir kanal yayımlamadı. Ona görə də hansısa fikir deyə bilmərəm.Amma unutmayaq ki ,yoldaşlıq oyunlar rəsmi oyunlardan qat qat fərqlənir. Mən əminəm ki, bu oyun yoldaşlıq oyunu olamasaydı, millimiz minimum üç qol vurardı
    
- Türkiyədə uzun müddət qalmağı düşünürsən yoxsa digər futbolçular kimi Azərbaycana qayıtmağı?      
- Türkiyədə hər şey məni qane edir. Bir- iki roblem var , onlarda zamanla düzələcək. Niyə də qalmayım? Amma necə olacaq, onu indidən demək olmaz.
 
- "Dənizlispor"un çempionatda vəziyyəti o qədər də yaxşı deyil. Bunu necə izah edərdin?
-  Biz çempionatda daha yaxşı yerlərə layiqik.İndiki yerimiz sırf klubdakı maddi problemlərə görədir.İndi "Dənizlispor"un yeni prezidenti seçildi və biz inanırıq ki, "Dənizlispor"da yaxin bir vaxtda işlər düzələcək. Komandanın potensialı yüksəkdir, yeni baş məşqçimiz Yusuf Şimşək çox iddialı və istəklidir.
 
- Komanda yoldaşın digər azərbaycanlı Arif İsayevin komandadan ayrılmağı planlaşdıırlır. Bu qərar sənin orada  qalmağına təsir etməyəcəkki?
- Arif "Dənizlispor"dan ayrılmayacaq.Bu informasiya yanlışdır, sadəcə o, indi zədəlidir və əməliyyat olundu, meydanlara nə vaxt qayıdacağı bilinmir, ikinci də Arifin iyul ayına qədər müqaviləsi var. Baş məşqçimiz Arifi komandada görməyi çox istəyir, zədəli olanda da baş məşqçi bir neçə dəfə onu ziyarət edib və ona bərpa prosesini Dənizlidə keçməyi məsləhət görüb. Odur ki, mən burada tək qalmayacam.
 
- Komandada azərbaycanlılara qarşı münasibət necədir?
- Gəldiyim gündən klub rəhbərliyi və futbolçular tərəfindən xoş münasibət görmüşəm. Burada çox mehrban kollektivimiz var.
 
Yusif HÜSEYN

Xəbər xətti