Türkiyə Superliqası:"Kayserispor" uzun müddətdən sonra qələbə qazandı

01:45 - 24 Noyabr 2013

"Bursaspor" yenə xal itirdi
 
Türkiyə Superliqasında XII turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk görüş günündə 3 qarşılaşma keçirilib.
 
"Kayserispor" səfərdə "Rizespor"u üstələyib. "Bursaspor" "Kasımpaşa" ilə 1:1 bərabərə qalıb. "Qalatasaray" doğma azarkeşləri önündə "Sivasspor"u 2:1 hesabı ilə məğlub edib.
 
Superliqada XII tura noyabrın 25-də keçiriləcək iki oyunla yekun vurulacaq.
 
Türkiyə Superliqası XII tur
 
23 noyabr
 
"Rizespor" - "Kayserispor"  0:2
Qollar: Dursun, 28, Nobre, 68
 
"Bursaspor" - "Kasımpaşa"  1:1
Qollar: Pinto, 30 - Skarione, 45
 
"Qalatasaray" - "Sivasspor"  2:1
Qollar: B.Yılmaz, 14, Səlcuk, 37-pen - Cebbour, 32

Xəbər xətti