"Rəvan" oyun saatını gözləyir

12:13 - 24 Noyabr 2013

Komanda son məşqinə çıxıb
 
"Rəvan” Premyer Liqanın 14-cü turunda "Qarabağ”ın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək oyun öncəsi komandamız elə həmin stadionda matç ərəfəsində son məşqini edib.
 
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Ardından futbolçular qısa zonalarda ötürmələr üzərində çalışıb. Ənənəvi "kvadratlar”ın ardından isə qapıya zərbələr üzrə çalışma olub.
 
Qeyd edək ki, "Qarabağ” – "Rəvan” oyunu sabah saat 17:00-da başlayacaq.

Xəbər xətti