Azarkeşlər üsyan qopardı: "Milan" heç vaxt bu qədər yazıq olmamışdı, tariximizi korladınız" FOTO

13:09 - 24 Noyabr 2013

Komandanın bu mövsümkü pis çıxışı azarkeşlərin səbir kasasını daşdırıb
 
İtaliyanın "Milan" klubunun azarkeşləri oyunçulara və klubun rəhbərliyinə qarşı etiraz aksiyası keçiriblər.
 
Sportal.az xəbər verir  ki, komandanın bu mövsümkü pis çıxışı azarkeşlərin səbir kasasını daşdırıb. A seriyasının 13-cü turunda "Cenoa" ilə oyununda onlar özləri ilə bir neçə iri banner gətiriblər. 
 
"Rossonerilər"in futbolçuları və rəhbərliyinə ünvanlanan bannerlərdə yazılıb: "Səbrimiz tükəndi. Heyəti, məşqçi korpusunu və menecmenti tamamlayın",  "Milan heç vaxt bu qədər yazıq olmamışdı. Tariximizi korladınız", "Konstant, dikburun kloun olmaq əvəzinə, sənin eybəcər oyununa baxmağa gələnlərə hörmət elə", "Rəhbərliyə: 27 il qələbə və şöhrət… Tariximizi biabır etməyin", "Klubdan çox, sabun operasına bənzəyirsiniz. İllərin uğurunu bir neçə aya tapdaladınız". 
 
Oyundan sonra 300-ə yaxın azarkeş "San-Siro"nun çıxışını bağlayıb, oyunçularla görüş tələb edib. Forvard Mario Balotelli onlarla danışmaq istəyib, lakin polis onu buraxmayıb. Onun əvəzinə iki vitse-kapitan - Kaka və Kristian Abyatti - azarkeşlərin qarşısına çıxıb. 3 dəqiqəlik söhbətdən sonra oyunçular gediblər, azarkeşlər isə onların ardınca əl çalıb, sonra dağılışıblar. 
 
"Milan" hazırda 14 xalla İtaliya çempionatında turnir cədvəlinin 11-ci pilləsindədir.
 

Xəbər xətti