"Atletiko"nun baş məşqçisi: "İspaniya çempionatını maraqsız hesab edirəm"

16:11 - 24 Noyabr 2013

Dieqo Simeone: "Görək çempionatın sonuna 6-7 tur qalmış bizim komanda hansı pillədə olacaq"
 
Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone İspaniya primerasının 13-cü turunda "Xetafe"yə qarşı oyundan (0:7) sonra şərh verib.
 
Sportal.az xəbər verir ki, Simeone çempionatdakı zəif klublardan gileylənib:
 
"Əvvəlkitək İspaniya çempionatını maraqsız hesab edirəm. Çünki yalnız Madrid və Barselonadan olan komandaların qələbə şansları var. 
 
Ancaq biz primeranın hər oyununu sonuncu imiş kimi oynamağa çalışırıq. Görək çempionatın sonuna 6-7 tur qalmış bizim komanda hansı pillədə olacaq.
 
Mənim əsas vəzifəm - sürətli və təcrübəli komanda qurmaqdır. Fikrimcə, hələlik alınır". 

Xəbər xətti