Qurban Qurbanov:"Bu gün qismətimizdə bir xal var idi"

19:05 - 24 Noyabr 2013

"Komandamdan razı qaldım"
 
"Rəvan"da məşqçi işi görünürdü, müdafiədə oynasalar da yaxşı oynadılar. Qol epizodlarımız da oldu, lakin top qapıya girmək istəmirdi. Hər iki komanda taktiki cəhətdən düzgün oynadı"  
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi QUrban Qurbanov bildirib. O, həmçinin çempionatda yaranan fasilədən də gileyləndi.
 
"Çempionatda uzun müddət fasilə yaranmışdı. Bu da istər istəməz komandanın oyun üslubuna təsir etmişdi. İlk hissədən sonra Qara özünü yaxşı hiss etmirdi, ona görə də əvəzlədim"

Xəbər xətti