"Bütün oyunlarda qalib gəlib 5-10 xal fərqi ilə çempion olmağa gərək yoxdur"

00:07 - 25 Noyabr 2013

Rəşad Sadiqov:"Mən kiminsə sillə vurmağının tərəfdarı deyiləm"
 
"Neftçi"nin kapitanı Rəşad Sadiqovun Sportal.az-a müsahibəsi
 
- "İnter"lə oyunda komanda özünə bənzəmədi..
- İlk dəqiqələrdən görünürdü ki, "Neftçi" başqa oyun oynayırdı. Ola bilsin ki, bu stadionun sintetik olması ilə bağlıdır. Çünki "Neftçi" təbii stadionda başqa oyun göstərir. Stadionun sintetik olması tamam oyun dəyişir. Bu da futbolçuların psixologiyasına təsir edir. Ancaq bu oyunda həqiqətən zəif oynadıq.
 
- Oyunun son 30 dəqiqəsini azlıqda oynadınız. Burada Rəhim Həsənovun verdiyi qırmızı vərəqə komandanı "sındırdı"...
- Bu epizodu təkrar izləmək lazımdır. Əgər həqiqətən, Flavinyo rəqib futbolçuya sillə atıbsa hakimin qərarı doğru idi. Mən də kiminsə sillə vurmağının tərəfdarı deyiləm. 
 
- Ümumiyyətlə, hakimin idarəçəliyi haqqında nə deyə bilərsən?
- Başqa onu deyə bilərəm ki, "İnter"in vurduğu ikinci qoldan əvvəl top aut xəttindən 1 metr kənara çıxmışdı, amma hakim görmədi. Bu gün biz həqiqətən zəif oynadıq.
 
- Oyunun sonlarına yaxın Mahir Şükürovla Baçana Sxadaze arasında qalmaqal yarandı..
- Oyunun sonları idi, Mahirin əsəbləri də tarına çəkilmişdir. oyunçular bir-birini itələdilər, hakim də haqlı olaraq, hər ikisinə sarı vərəqə verdi.
 
- Bu məğlubiyyətdən örnək götürə biləcəksiniz?
- Bu futboldur, qələbə də qazana bilərsən, uduza da. Bütün oyunları udub, 5-10 xal fərqi ilə çempion olmağa da gərək yoxdur. Biz bu il çalışacağıq ki, çempion olaq. Komanda əm qələbəyə hazır olmalıdır, həm də məğlubiyyətə.
 
Yusif HÜSEYN

Xəbər xətti