"Mustafa Dənizliyə vaxt lazımdır"

15:15 - 25 Noyabr 2013

Elxan Abdullayev: “Bəlkə ona 5 il vaxt veriləcək”
 
“Dəqiq demək olmaz ki, Mustafa Dənizli “Xəzər Lənkəran”a nə qədər kömək edəcək. Bu asıldır onun qarşısına qoyulan vəzifədən”. Bu sözləri Sportal.az-a açıqlamasında məşqçi Elxan Abdullayev deyib. O, Con Toşakın yerinə “Xəzər Lənkəran”a baş məşqçi təyin oluna  Mustafa Dənizli haqqında fikirlərini bildirib:
 
“O, kifayət qədər uğur qazanmış məşqçidir. Biz bilmirik ki, “Xəzər Lənkəran” rəhbərliyi onun qarşısına nə məqsəd qoyub. Lənkəran klubunun heç ilk üçlüyə düşməsi belə indiki halda çox çətindir. Bəlkə rəhbərlik ona deyib ki, sənə 5 il vaxt verirəm. İki ildən sonra nəticə olsun və yavaş-yavaş komandanı düzəlt. “Xəzər Lənkəran” həmişə iddialı komanda sayılıb. Yəqin ki, onlar bu il artıq kubokda nəsə etməyi düşünəcəklər. Onlar avrokuboklarda oynamaq istəyəcəklər. Mustafa Dənizliyə vaxt lazımdır. O, birdən-birə nəsə dəyişməyəcək”.

Xəbər xətti