"Qalatasaray"a şad xəbər:Ronaldo oynamayacaq

17:04 - 25 Noyabr 2013

"Real"da şok itki
 
İspaniya La Liqasının 14-cü turunda “Almeriya” ilə oyunda zədələnən “Real”ın lideri Kriştianu Ronaldo növbəti dəfə tibbi müayinədən keçib.
 
Sportal.az xəbər verir ki, müayinənin nəticəsinə əsasən, ona Çempionlar Liqasında “Qalatasaray”la matçda iştirak etmək qadağan edilib. Yəni həkimlər portuqaliyalının bu matçda iştirak etməyəcəyini açıqlayıblar. Ronaldonun nə zaman yaşıl meydanlara dönəcəyi dəqiq bilinmir. Amma ilkin proqnoza görə, futbolçu 3 həftə komandasına kömək etməyəcək.
 
Qeyd edək ki, Ronaldo bu mövsüm La Liqada keçirdiyi 14 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xəbər xətti