"Sumqayıt" "Neftçi" üçün başladı

23:00 - 25 Noyabr 2013

İki zədəli sıraya döndü
 
Premyer Liqanın 15-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında "Neftçi"ni qəbul edəcək "Sumqayıt" Futbol Klubu 1 günlük istirahətin ardından məşqlərə start verib.
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, Aqil Məmmədovun komandası bu gün Sumqayıtda növbəti məşqinə çıxıb.
 
2 həftədi zədəli olan müdafiəçi Bəxtiyar Həsənalızadə artıq kollektivə qoşulub. Ruslan Nəsirli də artıq komanda ilə birlikdə hazırlaşır.
 
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" oyunu noyabrın 30-da Sumqayıtdakı yeni meydançada keçiriləcək.

Xəbər xətti