Mahir Şükürov "Neftçi"ni pis vəziyyətdə qoydu

01:53 - 26 Noyabr 2013

"Ağ-qaralar"da növbəti itki
 
Azərbaycan milli komandasının və “Neftçi” klubunun vitse-kapitanı Mahir Şükürov cəzalı duruma düşüb. “Neftçi”nin “İnter”ə 1:3 hesabı ilə uduzduğu oyunda sarı vərəqə alan Mahir komandasını çətin vəziyyətdə qoyub.
 
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi noyabrın 30-da “Sumqayıt”a qarşı keçiriləcək oyunda iştirak etməyəcək. Qeyd edək ki, Mahirlə yanaşı digər aparıcı oyunçu Flavinyo da gənclərə qarşı oynamayacaq.

Xəbər xətti