"Qarabağ", "Neftçi" və "Xəzər Lənkəran"ın oyunları canlı yayımlanmayacaq

17:22 - 26 Noyabr 2013

Cəmi iki oyun canlı yayımda
 
Bu həftəsonu  Premyer Liqada 15-ci turun oyunları keçiriləcək. Bu turun oyunları noyabrın 29-da və 30-da keçiriləcək.
 
Sportal.az xəbər verir ki, ayın 29-da cəmi 1 oyun baş tutacaq ki, həmin günkü “Rəvan” – “Qəbələ” görüşü də “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq. Qalan 4 oyun isə noyabrın 30-na təyin edilib. Həmin gün 3 oyun bölgədə, 1 matç isə paytaxtda oynanılacaq. “İdman Azərbaycan” da məhz Bakıda keçiriləcək “Bakı” – “İnter” qarşılaşmasını canlı yayımlayacaq. Beləliklə, 15-ci turda Premyer Liqanın 2 oyununa televiziya vasitəsilə tamaşa etmək mümkün olacaq. 

Xəbər xətti