"Qalatasaray" matçı öncəsi "Real"da növbəti itki

00:26 - 27 Noyabr 2013

Gənc müdafiəçi bu gün forma geyinə bilməyəcək
 
 Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunda “Qalatasaray”ı qəbul edəcək “Real”ın problemləri bitmək bilmir.
 
Sportal.az xəbər verir ki, La Liqanın son matçında zədələnən Kriştianu Ronaldonun sabah meydana çıxmayacağı çoxdan bəllidir. Amma “kral klubu”nun yeganə itkisi bu olmayacaq. Belə ki, müdafiəçi Rafael Varan da “cim-bom”a qarşı iştirak etməyəcək. Fransız futbolçunun son vaxtlar mikrozədələrdən başı açılmır.

Xəbər xətti