Millimizin sabiq üzvü danışdı:"Bir qəpik pul almamışam" MÜSAHİBƏ

16:50 - 27 Noyabr 2013

Fərid Quliyev:" Mən demərəm ki, Azərbaycana qayıtmayacam"
 
Xəbər verdiyimiz kimi, millimizin sabiq üzvü Fərid Quliyev "Kahramanmaraşspor"dan ayrılıb.  Hücumçu Azərbaycana qayıtdıqdan sonra Sportal.az-a danışıb.
 
- Bildiyimizə görə, artıq Azərbaycandasan...
- Bəli, dünən Bakıya gəldim.
 
- Demək olar ki, artıq “Kahramanmaraşspor”la yollarını ayırdın?
- İki gündür ki, komandadan ayrılmışam.
 
- Komandadan ayrılmağının səbəbi nə oldu?
- Əsas səbəb maddi cəhət oldu, yəni pul vermirdilər. İlk gedəndən sonra iki oyun oynadım,  avqust ayında kontrakt imzaladlım. Ondan bəri bir qəpik də pul almamışam, özümdən xərc gedirdi. Amma məşq və yoldaşlıq oyunlarına çıxırdım, çünki belə oyunlara çıxmasam, günah mən də olurdu. Çempionat oyunlarına haqqımı ödəmədiklərinə görə, rəsmi oyunlara çıxmırdım. Daha sonra TFF-yə müraciət etdim, orada da belə bir qayda var ki, legioner futbolçu federasiyaya müraciət etdiyi gündən sonrakı bir həftə ərzində klub maaşları ödəmirsə, futbolçu komandadan ayrıla bilər mən də ayrıldım.
 
- Orada iki baş məşqçi ilə işlədin..
- Mən orada üç baş məşqçi gördüm.  Komandada problem  sadəcə rəhbərlikdə idi, düzgün idarə edə bilmirdilər. Orada 4 aydır ki, futbolçular maaş ala bilmir. Məndən sonra artıq iki legioner də ayrıldı. Hansı legioner gedib başqa ölkədə 4 ay pulsuz oynayar ki?
 
- Müqavilə imzalayanda sənlə necə razılaşmışdılar?
- Hər şey müqavilədə qeyd edilmişdi Ev tutmaqlarından maaşın vaxtına kimi hər şey qeyd edilmişdi. Mənim də 27 yaşım var, mən də xaricdə oynamağa klub axtarırdım, elə bilirdim ki, hər şey qanunla olur. Mən də getdim elə yerə düşdüm ki, başıma belə işlər gəldi.
 
- Klub rəhbərləri ilə görüşün olub?
-  Mən gəlməmişdən qabaq  mənlə bir neçə dəfə söhbətləri olub, deyiblər ki, getmə bizə lazımsan. Deyirlər ki, çıx oyna pulunu verəcəyik. Mən də ilk olaraq pulumu tələb edirdim, çünki zədə alsa idim, kim qarşılayardı. Maaşımı vermirlər, qaldı ki, zədə ilə maraqlansınlar.
 
- Klub rəhbərləri deyib ki pulunuzu verəcəklər?
- İlk iki ay dedilər, ancaq sonra onlar da yoxa çıxdılar. Orada vəziyyət baqa cürdür, hər ay sposnsorlar tərəfindən pul ödənilir kluba, amma pul banka köürülmürdü.
 
- İndi karyeran haqqında nə fikirləşirsən ?
-  Türkiyədə bir variantım var. Məni oradan iki komanda istəyirdilər, mən məşqçiyə görə “Kahramanmaraşspor”a getdim, ancaq mən ora gedəndə baş məşqçi yox idi, orada da iki oyunda oynadım, özümü yaxşı tərəfdən göstərə bildim. Qış transfer pəcərəsində görək nələr baş verir.
 
- Yenidən Türkiyəyə qayıtmaq istəyirsən?
- Əlbəttə ki, orada oynamağı kim istəməz ki.. Hamıya həzz verər ki, çıxsın 15-20 min azarkeşin önündə oynasın.
 
- Ümümiyyətlə, Bank Asya I Liqanın səviyyəsini necə qiymətləndirirsən?
- Çempionatda 18 komanda var, hər birinin heyətində yaxşı futbolçular var, istər əsas liqada oynamış, istərsə də lgionerlər. Həm də orada hər oyuna 15-20 min azarkeş gəlir. Oyunlarda qələbə qazanmaq üçün vuruşmalısan .
 
- Azərbayan çempionatına qayıtmaq fikrin var?
- Mən demərəm ki, Azərbaycana qayıtmayacam. əgər Türkiyədən yaxşı təklif gəlsə, komanda problemsiz olsa, gedərəm Türkiyəyə.
 
- Azərbaycandan heç təklif gəlib sənə?
- Bəli, Azərbayandan təklif var. Futbol baxımından Türkiyədə oynamaq istəyirəm, amma komanda qanuni olsun, yoxsa “Kahramanmaraşspor” kimi yox. Bəzən bazada yemək də olmurdu.
 
- Əgər ikitərəfli təklif olsa, həm Azərbaycandan, həm də Türkiyədən. Hansını seçərsən?
- Əlbəttə, Türkiyəni seçərəm, əgər problemsiz komanda olsa.
 
- Orada çıxış edən azərbaycanlı futbolçularla görüşürdün?
- Demək olar ki, hamısı ilə görüşürdüm.
 
- Komandanın zəif çıxışı sırf maddi problemlərlə bağlıdır?
- Bəli, səksən faizi maddi probləmlərlə bağlıdır, iyirmi faiz də məşqçilərin dəyişməsi ilə bağlı. Burada maddi problemlərlə yanaşı komandaya qayğı da yox idi.
 
Yusif HÜSEYN

Xəbər xətti