Arif İsayevin Türkiyə karyerası sona çatdı

23:00 - 27 Noyabr 2013

Yunisoğlu "Dənizlispor"da tək qaldı
 
Türkiyənin birinci divizion təmsilçisi “Dənizlispor” azərbaycanlı futbolçu Arif İsayevlə yollarını rəsmən ayırıb.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Mehmet Özsoy jurnalistlərə açıqlamasında deyib. Prezident bildirib ki, İsayevlə müqavilə qarşılıqlı razılaşma ilə ləğv olunub.
 
Qeyd edək ki, Arif İsayev bu ilin yanvar ayında “Dənizlispor”a transfer olunmuşdu.

Xəbər xətti