Berti Foqtsa əvəzləyici tapıldı

01:01 - 28 Noyabr 2013

"Azərbaycanın təklifi heyrətamiz idi"
 
Bosniya və Hersoqovinanın tanınmış məşqçilərindən biri olan Vahid Halilhociç Azərbaycandan təklif alıb.
 
Sportal.az xəbər verir ki, bu barədə mütəxəssisin özü məlumat verib.
 
Hazırda Əlcəzair yığmasına başçılıq edən Halilhociçə yığmamızı çalışdırmaq təklif olunub: "Mən Ukrayna, Rusiya, Türkiyə və Azərbaycandan təkliflər almışam. Düşünürəm ki, son təklif heyrətamiz idi.
 
Ancaq maliyyə tərəfi mənim üçün bir o qədər də vacib deyil. Hazırda idman tərəfi mənim üçün daha vacibdir. Mən titullar qazanmaq istəyirəm".

Xəbər xətti