"Mançini baş məşqçidisə, mən də Mourinyoyam"

11:16 - 28 Noyabr 2013

Nihat Kahveci: "Gör, “Qalatasaray”ı nə günə saldı"

 

“Mançini baş məşqçidisə, mən də Mourinyoyam. Gör, “Qalatasaray”ı nə günə saldı. Fatih Terim bir dənədi. Mənə deməyin ki, komandanı Mançini qurdu. O, bu komandaya nə verdi? Artıq əcnəbi baş məşqçi sevgisindən imtina etməliyik". 

 
Sportal.az xəbər verir ki,  bu sözləri Türkiyə millisi və “Beşiktaş”ın sabiq futbolçusu Nihat Kahveci “Qalatasaray”ın 4:1 hesablı “Real” məğlubiyyətinə münasibət bildirərkən deyib. Qonşu ölkə futbolunun tanınmış siması “Twitter”dəki şəxsi hesabında daha sonra bunları yazıb: 
 
 
"Terimin vaxtında 6:1 hesabı ilə uduzduq, amma bu dəfə Ronaldosuz və 10 nəfərlə oynayan “Real” qarşısında heç nə edə bilmədik. Yenə də qrupdan çıxmaq şansı olan “Qalatasaray”a “Yuventus”la oyunda uğurlar arzulayıram”.

Xəbər xətti