"Qol vura bilmirik və bunun üzərində məşqlərdə işləmirik"MÜSAHİBƏ

14:25 - 28 Noyabr 2013

Nurlan Novruzov:"Mən bura pula görə gəlməmişəm ki, təsir etsin"
 
"Sumqayıt"ın gənc futbolçusu Nurlan Novruzovun Sportal.az-a müsahibəsi
 
- “Simurq”la oyunda komanda çox istəkli olsa da, xal qazana bilmədiniz...
- Ağır oyun oldu, komanda deməzdim ki, pis oynadı, sadəcə komandamızda çatışmazlıqlar var, əsas da hücum xəttində qol vura bilmirik və bunun üzərində məşqlərdə də işləmirik.
 
- Məşqlərdə niyə bu çatışmazlıqlar üzərində işlıəmirsiniz?
- Bu dəqiqə qol vura bilməməyimizin də səbəbi budur. Məncə, bunu məşqlərdə işləməliyik, hücum xətdindəki oyunçular oyun zamanı hərəkətsiz olurlar,  buna görə də fərqlənə bilmirik. Müdafiədə və qapıda problemimiz yoxdur. Amma müdafiədə komandanı nə qədər saxlaya bilər. Ona görə biz məşqlərdə əsas diqqəti hücum xəttinə verməliyik.
 
- “Simurq”la oyundan əvvəl səni iki oyunda meydanda görə bilmədik. Bunun səbəbi nədir?
- Bu baş məşqçinin qərarıdır, yəqin belə məsləhət görüb. Mən də bu qərara hörmətlə yanaşıram və maksimum qüvvə ilə çalışıram ki, məşqlərdə və oyunlarda əlimdən gələni edim.
 
- “Simurq”la oyun qabağı maaşlarınızdan 30 fazi kəsilmişdi. Bu komandaya oyunda psixoloji cəhətdən təsir edə bilər?
- Mən öz adımdan deyim ki, mən bura pula görə gəlməmişəm ki, təsir etsin. Pul versələr də, verməsələrdə, çıxıb oyunumu oynayacam.
 
- Növbəti oyununuz “Neftçi”ilədir. İlk dövrə bir xal ala bilmişdiniz...
- Biz meydandanda əlimizdən gələni edəcəyik ki, məğlub olmayaq. İnanıram ki, ən azı bir xal qazanacağıq.
 
- Dekabrda müqavilən başa çatır. Karyeran haqqında nə fikirləşirsən?
- Bu barədə dekabrda danışarıq. Hal-hazırda “Sumqayıt” klubuna məxsusam.
 
- “Sumqayıt” son pillədən qurtula biləcəkmi?
- Məncə, “Sumqayıt” sonuncu pillədən qurtula biləcək. Çünki bu klubun potensiallı futbolçuları var, həm də digər klublardan fərqli olaraq yerli futbolçulardır.
 
Yusif HÜSEYN

Xəbər xətti