Yığmamız 7 pillə gerilədi

14:44 - 28 Noyabr 2013

Millimiz 95-ci yerdə qərarlaşdı
 
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 7 pillə geriləyib.
 
Yığmamızın yoldaşlıq oyunları çərçivəsində səfərdə Estoniyaya 1:2 hesabı ilə uduzması və Qırğızıstanla 0:0 bərabərə qalması reytinq cədvəlinə də təsirsiz ötüşməyib. Belə ki, aktivində 363 xal olan Berti Foqtsun komandası reytinqdə 88-ci pillədən yuvarlanaraq 95-ci yerdə qərarlaşıb.
 
Qeyd edək ki, növbəti reyting cədvəli dekabrın 19-da açıqlanacaq

Xəbər xətti