"Fənərbaxça"da ağır gün:bir futbolçu zədələndi, digəri isə məşqdən qovuldu

14:55 - 28 Noyabr 2013

Əmrə Belezoğlu zədələnib
 
Türkiyə Superliqasında “Beşiktaş”la üz-üzə gələcək “Fənərbağça”nın məşqində 2 şok hadisə baş verib.
 
Sportal.az xəbər verir ki, əvvəlcə Əmrə Belezoğlu ayağını çimə vuraraq, xəsarət alıb.
 
Tibbi müayinə nəticəsində onun zədəsinin ciddi olduğu və mövsümün ilk yarısında bir daha meydana çıxmayacağı açıqlanıb. Digər tərəfdən, baş məşqçi Ersun Yanal müdafiə xəttinin dayaqlarından sayılan Egemen Korkmazı məşqdən qovub. İstədiyini edə bilmədiyi üçün Egemenə bir neçə dəfə xəbərdarlıq edən Yanalın əsəbləri tarıma çəkilib. Nəticədə baş məşqçi futbolçudan məşq sahəsini tərk etməsini istəyib. Müdafiəçi paltardəyişmə otağına yollanarkən, “Yanlışlığa yol verirsən” deyib.
 
Yanal daha öncə Mussa Sou və Kristianı da eyni səbəbdən heyətdən kənarlaşdırıb, Emmanuel Emenikeni isə “ilk 11-lik”dən çıxarıb.
 

Xəbər xətti